Yuxarı

Kolbasanın üstündə bu söz varsa, qəti almayın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolbasanın üstündə bu söz varsa, qəti almayın!

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə, əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir.

"Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsullar əzələ toxumasının payına görə kateqoriyalara bölünür. Kateqoriya A - 60%-dən çox, kateqoriya B isə 40-60% əzələ toxuması deməkdir. Etiketdə "GOST, ət məhsulu, kateqoriya A" qeyd olunubsa, bu, kolbasada ətin payının daha yüksək olduğunu göstərir.

Onun sözlərinə görə, keyfiyyətli bişmiş kolbasanın tərkibi sadə olur. Adətən bu siyahıya ət, su, süd, yumurta, duz, şəkər və ədviyyatlar daxildir. Qısa və anlaşılan tərkib düzgün reseptura və texnologiyaya əməl olunduğunu göstərir.

Ekspert əlavə edib ki, mexaniki üsulla ayrılmış quş əti müəyyən miqdarda istifadə oluna bilər. Lakin bu xammal çox olduqda kolbasanın dadı və teksturası daha az "ətli" olur. Xammal keyfiyyətlidirsə və ədviyyatların balansı düzgün seçilibsə, məhsul təhlükəsiz və dadlı ola bilər.

Bütöv əzələdən hazırlanan delikatesləri qiymətləndirmək daha asandır. Əzələ bərk və bütöv olmalı, qablaşdırmada artıq maye olmamalıdır. Çiy hisə verilmiş kolbasalarda isə quruluş sıx və eynicinsli, rəng bərabər, şpik isə ağ olmalıdır. Bu əlamətlərdən kənara çıxma texnologiya və ya saxlanma problemlərindən xəbər verir.

Medkova qeyd edib ki, qida əlavələri texnoloji məqsədlər üçün istifadə olunur və normalara əməl edildikdə icazəlidir. Lakin istisna var: transqlütaminaza, yəni "ət yapışqanı", ət məhsullarında qadağandır.

Ekspertin sözlərinə görə, bazar tədricən daha şəffaf resepturalara və yüksək əzələ toxuması payına malik məhsullara doğru dəyişir. Bu da istehlakçılar üçün seçim prosesini asanlaşdırır.

Sonda o bildirib ki, düzgün seçim tərkibin, məhsul kateqoriyasının, xarici görünüşün, şpikin keyfiyyətinin və qiymətin xammala uyğunluğunun birlikdə qiymətləndirilməsinə əsaslanmalıdır.

Tarix
2025.12.14 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla