Yuxarı

Xərçəngin dərmanı görün hansı heyvanda imiş

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xərçəngin dərmanı görün hansı heyvanda imiş

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrini məhv edə bilən bakteriyalar aşkar ediblər.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, tədqiqat "Japan Advanced Institute of Science and Technology" (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını öyrəniblər. Onlar yapon ağac qurbağalarının (Dryophytes japonicus), yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından 45 bakteriya ştammı ayırıblar. Laboratoriya testlərində bu ştammlardan 9-u xərçəngə qarşı güclü təsir göstərib.

Ən yüksək effekt isə qurbağaların bağırsağında aşkar edilən "Ewingella americana" bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələrdə bu bakteriyanın bir dəfə damar daxilinə yeridilməsi kolorektal xərçəng şişinin bütün heyvanlarda tam yox olmasına səbəb olub. Bu nəticə immunoterapiya və kimyaterapiya da daxil olmaqla standart müalicə üsullarından daha effektiv olub.

Alimlər müəyyən ediblər ki, bakteriya iki istiqamətdə təsir göstərir. Bir tərəfdən, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir. Digər tərəfdən isə immun sistemini aktivləşdirərək şişə qarşı müdafiəni gücləndirir.

Tədqiqatçılar gələcəkdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsini və insanlarda istifadəsi üçün daha təhlükəsiz tətbiq yollarının hazırlanmasını planlaşdırırlar.

Tarix
2025.12.16 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Başçının oğlu Oqtay Əsədovu əvəz etdi - Yüksək vəzifə

Heydərov Naxçıvanda müşavirə keçirdi - Video

Vətəndaşlar pullarını bu bankdan geri çəkir

Azərbaycanla bağlı bu qətnamə diplomatik rüsvayçılıqdır

Bayramov Arakçı ilə danışdı

Bu, Qarabağda ən ciddi humanitar çağırış olaraq qalır

Okampodan şok: Mən pulları ermənilərdən almışam... – Video

BTQ yerli xalqların müdafiəsini davam etdirir - Abbasov

Ermənistan da daxil, bütün qonşularımızla…

Diplomatlar Xankəndidə Zəfər Parkında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla