Yuxarı

Min bir dərdin dərmanı - Heyva

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heyvanın tərkibində çox güclü antioksidant polifenol birləşmələr var. Bu birləşmələr sərbəst radikallarla mübarizə apararaq yaşlanmanı yavaşladır. Eyni zamanda ürək-damar xəstəliklərinə və iflicə qarşı da qoruyucu təsiri var.

Axar.az xəbər verir ki, heyvanın insan orqanizminə xeyrindən bəhs edən dietoloq Şəbnəm Kandıralı heyvanın qabıqlı yeyilməsinin vacibliyini vurğulayıb. Heyvanın bir çox faydasından bəhs edən dietoloq heyvanın balla qarışdırılaraq qəbul edilərsə kolit, diareya, bağırsaq infeksiyaları və qəbizliyə qarşı müalicədə faydalı olacağını qeyd edib.

Çində heyva qabığı xora xəstəliklərinin müalicəsində, isladılmış və pörtlədilmiş heyva toxumlarından hazırlanan jele göz problemlərini aradan qaldırmaq, selikli qişa iltihabı, hətta boğaz ağrısının müalicəsi məqsədi ilə istifadə edilir.

Bəzi araşdırmalara görə, heyvanın tərkibindəki güclü antioksidantlar bədxasiyyətli xərçəng hüceyrələrini yox eləməyə kömək edir, heyva suyu isə stresin müalicəsində effektiv təsir göstərir.

Heyva ürəkbulanma və qaytarmanı əngəlləyir. Yaponların araşdırmasına görə, heyva qabığındakı antivirus maddələr hepatit A, B və C-yə səbəb olan orqanizmlərin böyüməsini əngəlləyir.

Heyvadakı vitamin və minerallar qaraciyərin funksiyalarına xəbərdarlıq edir, pankreas (mədəaltı vəzi) çatışmazlığının müalicəsində yardımçı olur.

Bu meyvə soyuqdəymə, qrip və digər patogenlərə qarşı qoruyucu təsirə malikdir. Tərkibindəki C vitamini mis, dəmir, kalium və maqnezium olduğu üçün immunitet sistemini gücləndirir, iltihabı azaldır və bədəni virus hücumlarından qoruyur. Eyni zamanda anemiya, qaraciyər xəstəlikləri, göz xəstəliyi, astma və digər tənəffüs yolu xəstəlikləri ilə mübarizədə köməkçi xüsusiyyətə malikdir.

Heyva həmçinin xolesterolu azaltmağa, həzmə kömək edir, öd daşının inkişafını yavaşıdır. Çəki atmaqda da heyvanın köməyindən yararlanmaq olar. 100 qram təzə heyva 57 kaloridir. Heyva bədəndə maye yığılmasını aradan qaldırır.

Tarix
2016.11.05 / 02:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla