Yuxarı

Ananı “qrija” əməliyyatında öldürən həkim: Olur belə şeylər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.01.12; 22:34

Bakının 5 saylı xəstəxanasında “qrija”dan əməliyyat zamanı 3 uşaq anası olan Vüsalə Məmmədova əməliyyat masasında keçinib.

Axar.az xəbər verir ki, mərhumun ailəsi V.Məmmədovanın ölümündə həkim səhlənkarlığı olduğunu Kriminal.az saytına açıqlayıblar. Bildiriblər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib.

31 yaşlı Vüsalə Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov açıqlamasında mərhumun bütün analizlərdən normal çıxdığını, cəmi 15 dəqiqəlik əməliyyat olduğunu deyib: “Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra xərəkdə meyitini koridora qoydular ki, aparın''.

Cərrah Anar Mehdiyev isə bildirib ki, hazırda prokurorluq tərəfindən araşdırma aparılır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Məsələ ilə bağlı Şərq.az-a açıqlama verən Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Cavid Xəliov deyib ki, Məmmədova Vüsalə Hümmət qızı dünən günorta saat 1 radələrində dünyasını dəyişib:

"Mərhumun ölüm səbəbi pataloji anatomiya ekspertizasından sonra məlum olacaq. Ekspertizanın nəticəsi iki həftə ərzində açıqlanacaq. Ondan sonra mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi bəlli olacaq".

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, yanvarın 12-də 31 yaşlı Vüsalə Məmmədovanın əməliyyat zamanı ölümünə ilkin səbəb tromboemboliya göstərilir: “Hazırda ölümün dəqiq səbəbləri araşdırılır. Hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır və xəstənin nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspert müayinəsindən keçirilir. Ölümün səbəbləri ekspert rəyindən və prokurorluğun araşdırmasından sonra məlum olacaq və ictimaiyyətə açıqlanacaq".

Tarix
2017.01.13 / 11:45
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla