Yuxarı

Bu xəstəxanalara direktor təyin olundu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir və Yevlaxdakı Rayon Mərkəzi xəstəxanalarına direktor təyin edilib.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, agentliyin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.

Hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor Könül Ələkbərov, Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə isə Azər İsmayilov direktor təyin edilib.

Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.

Azər İsmayılov Azərbaycan Tibb Universitetinin məzunudur, daha sonra təhsilini Türkiyənin Ege Universitetində davam etdirib.

Qeyd edək ki, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi ərazilərdə - Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə təyin edilən direktorlar inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər.

Tarix
2017.01.18 / 16:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla