Yuxarı

Doğuş zamanı 22 ana ölüb - Hesabat

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının ötən il üzrə hesabatı açıqlanıb.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində respublikada 22 ana ölümü hadisəsi baş verib. Ana ölümünün səviyyəsi hər 100 000 diridoğulana 13.8 % təşkil edib. Bu göstərici 1996-cı ildə 44,1%, 2006-cı ildə 34,2%, 2009-cu ildə 24,3%, 2012-ci ildə 14,9%, 2015-ci ildə isə 14,4 % olub.

Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiya, qadınların vaxtında həkim müayinəsindən keçməməsi, vaxtında yoxlanılmaması səbəbindən baş verir.

2015-ci ildən Azərbaycan diridoğulmanın yeni meyarlarına keçib, yəni hamiləliyin 22 həftəsindən sonra doğulan və çəkisi 500 qram və daha artıq olan körpələr vaxtından əvvəl doğulmuş hesab olunur. 2016-cı ildə 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135 körpəni xilas etmək mümkün olub.

2008-2014-cü illərdə perinatal ölüm göstəricisi hər 1000 yenidoğulana 14,2-17,4 təşkil edib. 2015-ci ildə yeni meyarlara keçilməsinə baxmayaraq perinatal və neonatal yardımın təkmilləşməsi ilə əlaqəli olaraq bu göstəricidə neqativ dinamika qeyd olunmayıb.

Tarix
2017.01.24 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla