Yuxarı

Bəh-bəhlə yediyimiz aşın ziyanları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düyü çox faydalı dietik məhsul sayılır. Lakin bunu bütün düyü növlərinə şamil etmək düzgün deyil.

Axar.az sağlamolun.az-a istinadən bildirir ki, aş bişirəndə istifadə etdiyimiz ağ cilalanmış düyünün (biz ona "uzun düyü" deyirik) əksinə xeyirdən çox ziyanları var.

Uzun düyünün istehsalı zamanı o, bütün qişalardan təmizlənir. Hansı ki, bu qişalar düyünün əsas faydalı hissəsidir. Onların tərkibinə qidalı liflər, maqnezium, B qrupu vitaminləri daxildir. Emaldan sonra bizə faktiki olaraq yalnız karbohidratlar qalır.

Harvard İctimai Qidalanma Məktəbinin (Harvard School of Public Health) alimləri araşdırmalar zamanı 2-ci tip şəkərli diabetlə ağ cilalanmış düyünün istehlakı arasında əlaqə aşkar edib. Məlum olub ki, yüksək glikemik indeksə malik olan ağ cilalanmış düyünün tez-tez istehlakı şəkər xəstəliyinin riskini artırır.

Nəzərə almaq lazımdır ki, burada söhbət belə düyünü həftədə bir neçə dəfə istehlak edən insanlardan gedir. Əgər siz uzun düyüdən hazırlanmış aşı yalnız bayramlarda və özəl günlərdə istehlak edirsinizsə, burada böyük təhlükə yoxdur.

Tarix
2017.03.24 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla