Yuxarı

Baş ağrıları niyə artır? - Həkim məsləhəti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəsil dəyişkənliyi yaşanan dövrdə nevroloji problemlər, beyin qan dövranı ilə bağlı baş ağrıları daha qabarıq özünü göstərir.

Bunu Şərq.az-a son günlər əhali arasında baş ağrılarının artmasının səbəblərindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, əhalinin səhhətində yaranan problemlərin səbəbi həmin müddətdə orqanizmin hormonal fəallığının sürətlənməsi kimi faktorlarla bağlıdır:

"Miqrenə meyilli, qan təzyiqi aşağı olan, müəyyən ürək-damar xəstəliklərinə malik insanlarda məhz mövsüm dəyişikliyində baş ağrılarının artması müşahidə olunur. Bundan başqa, son günlər maqnit burulğanları yaşanır. Bundan asılı olaraq Yer kürəsində temperaturun artma tendensiyası var. Bütün bunlar orqanizmdə təlatümlərlə müşayiət olunur. Lakin bu baş ağrıları kütləvi xarakter daşımır və epizodik şəkildə mövcud olur”.

Xüsusən, bu mövsümdə onikibarmaq bağırsaq xora xəstəliyinin aktivləşməsi, allergik xəstəliklərin artması kimi halların artdığını da qeyd edən A.Qeybulla məsləhətlərini də verib:

"Belə fəsil dəyişkənlikləri yaşanan vaxtlarda ürək, qan-damar xəstəlikləri olan şəxslər mütləq həkimlərə müraciət etməlidir. Havaların dəyişkən keçdiyi, fəsillərin bir-birini əvəz etdiyi dövrdə orqanizm sanki oyanır. Ona görə, orqanizmində problemi olan şəxslər həkim məsləhəti ilə həm baş ağrılarından həm də yarana biləcək digər xəstəliklərdən sığortalana bilərlər”.

Tarix
2017.03.29 / 01:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla