Yuxarı

Daimi yorğunluğun 5 təhlükəli səbəbi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yorğunluq ağır fiziki və ya əqli fəaliyyətdən sonra əmələ gələrsə, bu tam normal haldır.

Lakin bəzən insan hiss edir ki, yorğunluq səbəbsiz əmələ gəlir və hətta uzunmüddətli istirahətdən sonra keçmir. Bu təhlükəli simptomdur.

Sağlamolun.az-ın məlumatına görə, daimi "səbəbsiz" yorğunluq bəzi ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. Bu xəstəliklər arasında:

- Qalxanvari vəzi xəstəlikləri. Qalxanvari vəzi bütün orqan və sistemlərin fəaliyyəti üçün vacib olan hormonları ifraz edir. Bu səbəbdən bu vəzi "orqanizmin dirijoru" adlandırırlar. Bəzən müxtəlif səbəblərə görə qalxanvari vəzinin fəaliyyəti zəifləyir ki, nəticədə vəz daha az hormonlar ifraz edir. Bu hal tibdə "hipotireoz" adlandırılır. Hipotireozdan əziyyət çəkən insanın çəkisi "səbəsiz" artır, insan tez-tez üşüyür, zəif, halsız, yuxulu olur. Belə insanlar özünü daim yorğun hiss edir.

- Xroniki yorğunluq sindromu. Adətən bu sindrom böyük şəhərlərdə yaşayan və çox aktiv həyat tərzi olan insanlarda inkişaf edir. Mütəxəssislərin fikrinə görə, bu sindromun səbəbi ağır əqli və fiziki yükləmələrdir.

- Anemiya (qanazlığı). Qanazlığının simptomlarından biri daimi yorğunluqdur.

- Ürək xəstəlikləri. Adi işləri icra etməkdə əziyyət çəkir, tez yorulursunuzsa, bu ürək xəstəliyinin simptomu ola bilər.

- Qaraciyər xəstəlikləri. Qaraciyəri "lal" orqan adlandırırlar. Bu orqanda olan xəstəlik uzun müddət ərzində demək olar simptomsuz inkişaf edə bilər. Diqqət! Daimi səbəbsiz yorğunluq qaraciyərdə pozulmanın inkişafına işarə edə bilər.

Tarix
2017.06.15 / 02:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla