Yuxarı

Diş ağrısını azaldan 3 ən sadə vasitə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diş ağrısı bizi bir çox hallarda ən uyğun olmayan vaxtda yaxalayır - gecə vaxtı, istirahətdə, şəhərdən uzaq olan yerdə və s.

Sağlamolun.az-ın məlumatına görə, bu halda ağrını azaltmaq üçün bu kimi əlçatan vasitələrdən istifadə edə bilərsiniz.

1. Diş məcunu. Ən sadə və effektli vasitələrdən biridir. Dişlərinizi sadəcə yaxşı fırçalayın.

2. Duzlu su. 1 stəkan ilıq suda 1 ç.q. duzu əridin və bu su ilə dişinizi yaxşı qarqara edin. Duz həm ödemi, həm də iltihabı azaldır.

3. Çobanyastığı, sürvə (adaçayı), kalendula dəmləməsi. Otlardan birini istifadə edin. Bu otlar çox güclü təbii antiseptiklərdir. 1 x.q. ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, yaxşı süzün, dəmləmə ilə qarqara edin.

Diqqət! Hətta diş ağrısı tam keçsə belə vaxt tapan kimi mütləq stomatoloqa müraciət edin.

Tarix
2017.06.20 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla