Yuxarı

Qan qrupu müxtəlif olan valideynləri gözləyən təhlükə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov ər və arvadın qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilən fikirlərə münasibət bildirib.

R.Hüseynov Trend-ə açıqlamasında bildirib ki, ər və arvadın qan qrupları fərqli ola bilər. Lakin bu fərqlilik uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulmasına səbəb olmur. Buna görə də valideynlərin qan qruplarının uyğunsuzluğu səbəbindən uşaqların vaxtından əvvəl, ölü və ya xəstə doğulması barədə deyilənlər düzgün deyil.

Baş mütəxəssis qeyd edib ki, uşağın ölü, vaxtından əvvəl və ya xəstə doğulması digər amillərlə bağlıdır. Uşaq və ananın fərqli qan qrupları, rezus faktoru olduğu hallarda yalnız izoimunnalşma baş verdikdə (ana ilə döl arasında əlaqə yaradan ciftin funksiyası pozulduqda) uşaqlarda bir sıra problemlərə rast gəlmək olar.

R.Hüseynov deyib ki, əgər ananın qanı rezus mənfi, uşağın qanı rezus müsbət olarsa, onda qan uyğunsuzluğu - konflikti baş verə bilər və nəticədə uşağın səhhətində müəyyən problemlər ortaya çıxa bilər.

Nazirliyin baş mütəxəssisi bildirib ki, hazırda hamiləlik müddətində qan uyğunsuzluğu problemi olsa da, onun müalicəsi mümkündür.

Qeyd edək ki, molekulyar genetik Şirxan Musayev də bildirib ki, sovet dövründə "uşağın yarımçıq, ölü doğulmasının və ya düşük olmasının səbəbi ərlə arvadın qanı düz gəlmir, xromosomlarında uyğunsuzluq var" kimi fikirlər daha çox yayılmışdı.

Ş.Musayevin sözlərinə görə, heç bir ölkədə belə diaqnoz qoyulmur:

"Bu gün bu fikir Rusiyada da qəbul olunmur. Təəssüf ki, bizdə hələ də belə uyğunsuzluq diaqnozunu qoyanlar, buna görə müalicə yazan həkimlər var. Bizdə analizlər də göstərir ki, bir-birinə yaxın XY qrupların da normal uşaqları olur. İnkişafdan qalma, düşüklər isə tamam başqa səbəblərdəndir. Buna autoimmun xəstəliklər, xromosom patologiyaları, hətta yumurta və sperma səviyyəsində anormal xromosomlar, CRP paneldə laxtalanma problemi, genetik anomaliyalar səbəb ola bilər".

Tarix
2018.06.01 / 01:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla