Yuxarı

Qəhvə haqqında 10 inanılmaz məsləhət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Axşam.az-a istinadən qəhvə haqda bilmədiyiniz bəzi faydalı məsləhətləri təqdim edir:

1. Saça qulluq - Dəmlənmiş qəhvəni saçınızın dibindən ucuna kimi sürtün, 20 dəqiqə sonra yaxalayın. Həftədə bir dəfə edə bilərsiniz. Bu, həm saç tökülmənin qarşısını alacaq, həm də saçlarınıza parlaqlıq verəcək.

2. Bitkilərə qulluq - tərkibində azot olduğu üçün gübrə kimi istifadə olunur.

3. Dekorasiya - həm iyi, həm görünüşü gözəl olduğu üçün dekorasiya kimi istifadə oluna bilər. Bu isə zövqdən asılıdır.

4. Mebel təmizliyi - qəhvəni içdikdən sonra dibini atmayın. Əsgini həmin qəhvəyə batırıb mebeli sürtün. Bu zaman həm mebel parlayacaq, həm də ev ətirli olacaq.

5. Evdə təravət - qəhvəni parçaya bükün və vazaya qoyun. Evinizdə təravətli hava olacaq.

6. Pilinq - qəhvə ölmüş hüceyrələri oyadır. Bunun üçün üyüdülmüş qəhvə ilə zeytun yağını qarışdırın və bədəninizin istənilən bölgəsinə çəkin, 15 dəqiqə sonra yuyun.

7. Birə qovucu - qəhvənin iyi birələrdən qurtulmağa kömək edir. Dəmlənmiş və ya üyüdülmüş qəhvəni saxladığınız ev heyvənının tükləri arasına sürtün. Bu zaman həm onun bədənində birə olmaz, həm də daim xoş iy gələr.

8. Soyuducu qoxusu - Bəzən nə etsək də, soyuducudan xoşagəlməz iy gəlir. Bu zaman da köməyə qəhvə gəlir. Balaca bir qabda üyüdülmüş qəhvəni soyuducuda saxlayın və nəticəni görün.

9. Üz üçün maska - dəmlənmiş qəhvə ilə qabartma tozu qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra yuyun. Bu həm dərinizi sağlam edər, həm qırışlarla mübarizə aparar.

10. Əldə olan iy - Bəzən soğan və ya sarımsaqdan sonra əldən iy gəlir. Bundan qurtulmaq üçün dəmlənmiş, üyüdülmüş qəhvəni əlinizə yaxşı-yaxşı sürtün və yuyun.

Tarix
2018.06.01 / 02:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla