Yuxarı

Pediatrdan xəbərdarlıq: Uşaqlara bu paltarları almayın

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düzgün seçilməyən, gigiyenik tələblərə cavab verməyən materialdan tikilmiş geyimlər uşaqlarda müxtəlif dəri xəstəlikləri, soyuqdəymə xəstəliklərinə meyillilik yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib.

O bildirib ki, məktəbli formaları yun, pambıq parçadan tikilməlidir və ya materialın tərkibində ən azı 50-60 faiz yun, pambıq olmalıdır:

“Geyim uşaqları ətraf mühitin zərərli təsirindən, dərinin mexaniki zədələnməsindən və digər təhlükələrdən qoruyur. Belə geyimlər hiqroskopik(rütubəti udma) və yüksək havakeçirmə qabiliyyətinə malik olurlar. Yəni bədən temperaturu stabil qalır.
Sintetik materialdan forma geyinmək düzgün deyil. Bu material hava keçirmir, bədən daim tərli olur. Ona görə tez-tez soyuqdəymələr olur. Bundan başqa dəridə allergik problemlər də qaçılmaz olur. Xüsusən sintetik köynəklər qəti qadağandır.
Geyimin rəngi parlaq olmamalıdır. Çünki görməyə pis təsir edəcək. Həmçinin dar və ya həddindən artıq geniş (sallaq) olmamalıdır. Rəngi də yuyulmaya davamlı olmalıdır. Yəni yuyulduqca solmamalıdır. Bu materiallardan tikilmiş geyimlər baha olur. Amma sağlamlığa zəmanət verir”.

Tarix
2018.08.06 / 11:06
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla