Yuxarı

Baxdığınız nöqtəyə avtomatik fokuslanacaq - Ağıllı eynək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan "ağıllı" eynək yaradıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Stenford Universitetinin yeni texnologiyası presbiopiya xəstəliyi - insanın yaxın məsafədən kiçik şriftləri və xırda əşyaları görə bilmədiyi gözün refraksiya anomaliyası ilə mübarizə üçün yaradılıb. Görmənin təbii oriyentasiyasını təmin edə bilməyən ənənəvi presbiopiya korreksiya formaları yalnız insana baxmağa imkan verən görmə diapazonunu genişləndirir.

"Autofocals" adlanan presbiopiya korreksiya texnologiyası baxılacaq əşyaya avtomatik fokuslanmağa imkan verir. Eynək linzanın fokuslanma məsafəsini dəyişərək istifadəçinin baxış istiqamətinə yönəlir. Optikaya dəyişən fokuslama məsafəsinə və güc təzyiqi nəticəsində formasını dəyişərək linzanı əyməklə fokuslama məsafəsini dəyişən mayeyə malik xüsusi linzalar quraşdırılıb. Kameralar sistemi gözün vəziyyətini izləyir, hərəkət ötürücüləri baxış istiqamətini qeydə alır, xüsusi alqoritm isə fokuslama nöqtələrinin koordinatlarını aşkarlayır və linzanın fokuslama məsafəsini dəyişməklə lazımi obyektə baxmağa imkan verir.

Texnologiya yaradıcılarının sözlərinə görə, hazırda görmə korreksiyası problemi üçün ideal kommersiya həlli mövcud olmasa da, "Autofocals" texnologiyası bu istiqamətdə vacib addım ola bilər.

Tarix
2018.08.18 / 01:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla