Yuxarı

QİÇS-ə yoluxmuş anaların sayı artır - SOS

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
QİÇS-ə yoluxmuş anaların sayı artır - SOS

"Son 10 il ərzində dünyaya uşaq gətirən HİV/QİÇS-ə yoluxmuş anaların sayı 340-ı ötüb".

Bunu Axar.az-a açıqlamasında Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva Azərbaycanda HİV-ə yoluxma hallarının artması haqda məlumat verərkən deyib. O, sözügedən xəstəliyin daşıyıcı olan və dünyaya uşaq gətirən belə anaların sayının 340-ı ötdüyünü bildirib:

"Dünyaya gələn bu uşaqlardan 60-ı artıq HİV/SPİD-ə yoluxub. Bu illər ərzində Azərbaycanda 1620 ailənin bu xəstəliyə yoluxması müşahidə olunub. Bunlardan 8 ailədə həm ana, həm uşaq, 42 ailədə ata, ana və uşaq, 399 ailədə kişi və qadın, 1066 ailədə ancaq kişi, 99 ailədə isə təkcə qadınlar bu xəstəliyinin daşıyıcısıdırlar. Çox acınacaqlı haldır ki, QİÇS-ə yoluxma halları artmaqdadır. Buna səbəb gənc qızların və qadınların miqrant kişilərlə və narkotik istifadəçilər ilə ailə qurmasıdır. Xaricə işləməyə gedən gənclərimiz də müxtəlif yollarla bu xəstəliyə yoluxurlar. Xəstəliyin qorxulu cəhəti ondan ibarətdir ki, uzun müddət qanda gizlin qala bilir (inkubasiya dövrü). Özlərində heç bir dəyişiklik hiss etməyən kişilər çox cavan, özlərindən yaşça çox kiçik, hətta nikah yaşı çatmayan qızlarla ailə qururlar. Nəticədə xəstə övladlar dünyaya gəlir. Acınacaqlı haldır ki, kişi qadını günahlandırır. Xəstəliyə başqası tərəfindən yoluxmuş qadın isə fiziki zorakılığa, təhdidlərə, təhqirlərə məruz qalır. Belə olan halda isə çarəsizlikdən özlərinə qəsd edilirlər. Çoxlarının yaşı az olduğundan və buna görə nikaha düşə bilmədiklərindən, sonradan atılırlar".

Tarix
2014.09.26 / 15:26
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Oskanyan dedi ki, Elmar, elə bilirsən biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

Məlum oldu ki, Bakı belə bir imkan da yaradır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla