Yuxarı

Gün ərzində nə qədər çörək yemək olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gün ərzində nə qədər çörək yemək olar?

Keyfiyyətli tamdənli undan hazırlanmış çörək çox faydalı və qiymətli məhsuldur.

Onun tərkibində qidalı liflər, B qrupu vitaminləri, E vitamini, dəmir, maqnezium var. Bütün dünyada diyetoloqlar çörəyi gündəlik qidalanmaya daxil etməyi tövsiyə edir.

Sağlamolun.az xəbər verir ki, diyetoloqların fikrinə görə, buna əks-göstərişlər yoxdursa, gün ərzində 300 qr qədər çörək yemək olar.

Bir çoxları artıq çəkidə məhz çörəyi "günahlandıraraq" arıqlamaq üçün çörəkdən imtina edirlər. Lakin müasir diyetoloqların fikrinə görə, yalnız çörəkdən imtina etməklə arıqlamaq mümkün deyil. İlk növbədə yaşlı və şirin qidaların istehlakını azaltmaq lazımdır.

Bir çox insan qara çörəyi daha faydalı hesab edir. Lakin bu belə deyil. İsraildə aparılmış araşdırmalar göstərib ki, qara və ağ çörək orqanizmə demək olar eyni təsir edir. Lakin bəzi insanların orqanizmi qara, digərlərin isə ağ çörəyi daha yaxşı mənimsəyir. Alimlərin fikrinə görə, bu genetika ilə bağlıdır.

Tarix
2018.10.13 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla