Yuxarı

Azərbaycanda təhlükəli qrip var? - Nazirlik açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir.

Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, bu il ağır kəskin respirator virus infeksiyalarına yoluxanların sayında artım müşahidə edilməyib və infeksiyalara yoluxanların builki sayı ötənilki səviyyədədir.

N.Brumendfard əlavə edib ki, ötən il Azərbaycanda ağır kəskin respirator virus infeksiyalarına yoluxan insanların 78-də qrip aşkarlanmışdı: “Onlarda da adi qrip - “B” qripi olub. Bu qrip pandemik qrip virusu hesab olunmur. Azərbaycanda qrip virusu dövr edirsə, bu, diqqətdən yayına bilməz. Hələ ki, ölkə ərazisində kəskin respirator virus infeksiyaları və qriplə bağlı narahatlıq yoxdur, vəziyyət stabildir”.

Mərkəz rəsmisi qeyd edib ki, son illər ərzində Azərbaycanda daha təhlükəli olan “A” tipli qripə yoluxma halı aşkarlanmayıb:

“Azərbaycanda hələ ki, təhlükəli qrip növü aşkarlanmayıb. Bu il mövsüm yeni başladığından hələlik kəskin respirator virus infeksiyalarına yoluxma halı da qeydə alınmayıb”.

N.Brumendfard payız-qış mövsümündə bəzi xəstələrin qoruyucu steril maskalardan istifadə etməməsinin də kəskin respirator virus infeksiyalarının yayılmasında mühüm rol oynadığını söyləyib:

“Bizdə əhali xəstələndikdə qoruyucu maska taxmır, maska taxmağa utanırlar. Əgər xəstə insan maska taxmırsa, onda sağlam insan maska taxaraq özünü infeksiyadan qorumalıdır. Maskalar 4 saatdan bir yenisi ilə dəyişməlidir. Əks halda, xəstə insan özünün tənəffüs yollarından gələn infeksiya ilə yenidən infeksiyaya yoluxa bilər”.

Tarix
2018.10.23 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla