Yuxarı

Miqren əleyhinə 5 effektli metod

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miqren baş ağrıları arasında ən qəribəsi, ən dözülməzi və ən çətinidir.

Miqrenin səbəbi damarların sıxılması sayılır.

Miqren nevroloji tutmadır. Daha çox qadınlarda rast gəlinir, amma kişilər və uşaqlar da istisna deyil.

Miqrenin 2 növü var: auralı və aurasız.

Axar.az Medicina.az-a istinadən miqren tutmalarından öncə və tutma zamanı köməyinizə gələcək sadə üsulları təqdim edir.

Auralı miqrendə göz önündə işıq ləkələri yaranır, görmə zəifləyir, hətta sanki itir, ürəkbulanma, qusma ola bilir.

Miqreni çağıran səbəblər: bəzi qidalar, alkoqol, gec yemək, az yemək, az su qəbulu, ağır fiziki iş, uzun müddət yol getmək, nəqliyyat, kəskin qoxular, ətirlər, güclü işıq, menstruasiya, stres, qorxu, hormonal dərmanların qəbulu, qan dövranı pozulması.

Bəzi insanlar miqren tutmasından əvvəlki gündə qıcıqlanma, yorğunluq, gücsüzlük, bəziləri isə əksinə güclü iştah və aktivlik, aqressivlik hiss edir.

Miqren tutmalarını necə yüngülləşdirməli?

1. Soyuq kompresslər - parça və ya dəsmal arasına qoyulmuş buzu alın, gicgah və boyunda 10 dəqiqə saxlamaq.

2. Yüngül massaj - barmaqların ucu ilə yüngül, rahatladıcı masaj beyinə ağrı siqnallarını blok etməyə kömək edir, serotoninin sintezini artırır.

3. Maqnezium tərkibli preparatlar qəbul etmək. Miqren çox vaxt orqanizmdə maqneziumun defisiti ilə bağlı olur. Maqnezium banan, zəncəfil, qoz, göyərti və paxlalılarda var.

4. Qıcıqlandırıcı ərzaqlardan uzaqlaşmaq- şokolad, qəhvə, kakao, kolbasa, konserv, dondurma, pendir, yumurta, un miqreni çağırır. Öz miqren gündəliyinizi tərgib edib, orda konkret hansı yemək və qidalardan sonra miqren olduğunu təyin edə bilərsiz.

5. Maksimum sakit, qaranlıq və sərin yer tapın. Miqrenin ən güclü mərhələsində köməyinizə yuxu və qaranlıq otaq gələ bilər.

Tarix
2018.12.14 / 01:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla