Yuxarı

İnsanlar bir-birini niyə təhqir edir? - Psixoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar cəmiyyətdə bəzi insanların ətrafındakılara qarşı aqressiv münasibət sərgiləməsini müşahidə edirik. İctimai nəqliyyatda, mağazada, restoranlarda və digər yerlərdə bu halla tez-tez rastlaşırıq.

Bəs, görəsən, bu aqressiyanın səbəbi nədir və bununla necə mübarizə aparmaq olar?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, insanın çata bilmədiyi arzuları və istəyib əldə edə bilmədikləri onu aqressiv edən əsas səbəblərdəndir:

“Eyni səviyyədə olan insanlardan birinin önə keçməsi digərində aqressiya və paxıllıq hissi yaradır. İnsan içində hirs, nifrət, kin yığılmasından da aqressivləşə bilər. Bəzən insanlar kiməsə əsəbiləşir, lakin ondan hirsini çıxara bilmədiyi üçün ətrafındakılara aqressiv münasibət göstərir. Hər kəs aqressiv ola bilər, amma insanlar bunu müxtəlif cür göstərir. Məsələn, insan var aqressiv olanda susur, bəziləri isə kobud, nalayiq söyüşlər söyür, insan da var qırıb sındırır, bəziləri hətta cinayət törədir. Aqressiv insanlardan ailəsi də və ətrafdakılar da qaçır, onlar həmçinin böyük uğurlara addım ata bilmirlər. Çünki onlar qazandıqlarını da aqressiv hərəkətləri ucbatından itirəcək.

Aqressiya ilə mübarizə aparmaq çətindir. Bunun üçün çalışmaq lazımdır ki, bizi aqressiv edən hadisələrə reaksiya verməyək, stressdən uzaq duraq. Sevdiyimiz və hobbimiz olan incəsənət sahəsi, hər hansı peşə və yaxud idmanla məşğul olaq. Mütləq bizə mənəvi rahatlıq verən və rahat hiss etdirən məşğuliyyətimiz olmalıdır. Burada hadisəyə baxış bucağı daha önəmlidir. Hər hansı hadisəni bəzi insanlar yaxşı yönünü görür, bəziləri isə pis. Bu, bizim fikrimizdən, düşüncələrimizdən daha çox asılıdır.

Aqressiya ilə mübarizə aparmaq üçün insan stressə davamlı olmalıdır. Əgər bu yoxdursa, neqativ düşüncələr varsa, onlar da insanı aqressiv edir. Aqressiyaya qalib gəlmək üçün mübarizə əzmini formalaşdırmaq və neqativ fikirlərdən uzaq olmalıyıq”.

Tarix
2019.03.20 / 01:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla