Yuxarı

Suriyalı müxaliflər dərman istehsalına başladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyalı müxaliflər dərman istehsalına başladı

Əsəd rejiminə qarşı ən böyük birlik olan "İslami Cəbhə" dərman qıtlığını aradan qaldırmaq üçün özləri dərman istehsal etməyə başlayıb.

Suriyada davam edən müharibədə Əsəd rejimi tərəfindən mühasirədə olan bir çox bölgədə qida və dərman qıtlığına görə ölümlərin artacağı gözlənilir.

Suriyalı həkimlər xəstəxanalara qida və dərman qıtlığından üzündən xeyli insanın gəldiyini və dərman çatışmazlığından müayinə oluna bilməyən xəstənin öldüyünü qeyd edib. Dünya mediasına səslənən həkimlər təcili yardım və insanın ölməməsi üçün mühasirənin təcili surətdə bitməsini tələb edib.

Yaralı və xəstə insanlar həkim və dərman probleminin olmasına rəğmən, sınıq-salxaq baraklarda və antisanitar məkanlarda müayinə edilir, doğum sancısı olan qadınlar tibbi yardım olmadan doğur, xəstələr narkozsuz əməliyyat olunurlar.

Əsəd rejiminə qarşı ən böyük birlik olan "İslami Cəbhə" keçən ay dərman qıtlığına çarə olmaq üçün öz dərmanlarını istehsal etməyə başlayıblar.

İlk olaraq mühasirə altında olan Şərqi Qutaya yardım edəcəklərini bildirən qrup daha sonra bir çox bölgəyə yardım edəcəklərini deyib:

"İslami Cəbhə"nin bu cəhdi Suriyada mülki əhali və dirənişçilər arasında olduqca böyük bir sevinc və uğur olaraq qiymətləndirilib.

Hələlik "Aqumentin" və "Parasetamol" adlı dərmanları istehsal edən qrup ilk istehsalını qablaşdırıb Şərqi Qutaya göndərib.

Tarix
2013.12.10 / 15:13
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

İlham Əliyev Türküstanda mədəni məkanlarda oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla