Yuxarı

Kökəlmənin qarşısını bu yolla alın...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kökəlmənin qarşısını bu yolla alın...

İlk dəfə qreypfrut XVIII əsrin axırlarında Barbados və Yamaykada aşkar olunsa da, tədqiqatçıların böyük əksəriyyəti onun şeddok və ya pompelmus adlı Asiya limonu ilə şirin portağalın təsadüfən hibridləşməsi nəticəsində yarandığını hesab edir. Bəzi mənbələrdə isə meyvənin vətəninin Cənubi Amerika və Hindistan olduğu göstərilir. Ölkəmizin iqlim şəraiti qreypfrut yetişdirmək üçün münasib deyil. Onu Türkiyənin cənub, cənub-qərb, şimal-şərq bölgələrində, xüsusən Anadoluda yetişdirirlər.

Axar.az xəbər verir ki, qreypfrut hündürlüyü 6-7 metrə çatan ağacdır. İngiliscədən adının üzüm meyvəsi kimi tərcümə olunması heç də təsadüfi deyil, çünki onun meyvələri ağacda iri salxımlar şəklində yetişir.

Bir ədəd qreypfrutun enerji dəyəri təxminən 50 kaloriyə bərabərdir, az kalorili olduğuna görə pəhriz qidası kimi hər gün yeyilməsi məsləhət görülür. Tərkibində bol miqdarda C vitamini olduğuna görə orqanizmdə “qış xəstəliklərinə”, xüsusən də qrip və soyuqdəyməyə qarşı immuniteti gücləndirir. Yeməkdən əvvəl qəbul ediləndə iştahaaçıcı təsir göstərir, lakin orqanizmdə lipid və karbohidrat mübadilələrini sürətləndirdiyinə görə kökəlməyə səbəb olmur, əksinə yağların parçalanmasını sürətləndirir.

İnfeksion xəstəliklər zamanı xəstəyə verilməsi sağalmanı sürətləndirir. Qreypfrut, həmçinin həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, fiziki və zehni yorğunluğu aradan qaldırır və orqanizmi gümrahlaşdırır. Meyvənin tərkibində olan bəzi maddələr şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir.

Meyvədə olan qırmızı rəngli likopen adlı piqment təbiətdə rast gəlinən ən güclü antioksidantlardan biridir, orqanizmdə yaranan atipik hüceyrələri məhv edir və xərçəngin inkişafının qarşısını alır.

Meyvənin acıtəhər dadı var, ona acılıq verən maddələrin əsas hissəsi qabığına yaxın və arakəsmələrdə yerləşir. Ona görə də qreypfrutun qabıqlarını soyanda və ya şirəsini sıxıb içəndə acılıq demək olar ki, hiss edilmir. Qabığından alınan yağ C vitamini ilə zəngindir, qrip və soyuqdəymə zamanı qəbul olunur.

Tarix
2019.08.07 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla