Yuxarı

Uşağın ən çətin dövrü: valideyn nə etməlidir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşağın ən çətin dövrü: valideyn nə etməlidir?

Uşaqlar adətən hər yaş sindromunu fərqli keçirir. Ən çətin və adətən valideynlərin uşaqlarda dözə bilmədiyi 2 yaş sindromudur. Bu yaşda uşaq daha hirsli, əsəbi olur, istədiyini əldə etməyə çalışır və heç cür yola gəlmir.

Axar.az xəbər verir ki, pediatrların fikrincə, xüsusilə çətin keçən 2 yaş sindromunu valideynlər səbirlə yola verməyi bacarmalıdır. Həkimlərin məsləhətinə əsasən, bu yaşda olan və tərslik edən uşaqlarla inadlaşmaq düzgün deyil. Valideynlər bu vəziyyətə qalib və yaxud məğlub olacağı müharibə kimi baxmamalıdır. Bu kimi hallarda valideynlər uşağın diqqətini və marağını başqa istiqamətə çevirməyə çalışmalıdır.

Həkimlər bildirib ki, belə uşaqla mübahisə etmək qəti olmaz. Ən yaxşısı səbirlə 2 yaşlı balacanın səbəbsiz başlamış əsəbinin keçməsini gözləməkdir. Bu müddətdə isə ona qarşı laqeyd olmaq ən doğrusudur. Yaxşı olar ki, valideynlər uşağın uyğunsuz və əsəbi davranışları bitdikdən sonra onunla maraqlansın, niyə onun istədiyini etmədiyini desin.

Mütəxəssislərin fikrincə, valideynlərin əksəriyyəti uşağını “indi belədirsə, gör gələcəkdə nə olacaq!” düşüncəsi ilə cəzalandırır. Halbuki bu, ən yanlış addımdır. Çünki bu yaşda uşağın duyğuları çox dəyişkən olur. Onlar anidən ağladıqları kimi bir anda da susa və gülə bilərlər.

Tarix
2019.09.01 / 02:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla