Yuxarı

Duzdan istifadənin faydaları və ziyanları...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Duzdan istifadənin faydaları və ziyanları...

Süfrəmizin əsas nemətlərindən olan duzu el arasında bərəkət rəmzi adlandırırlar. Xörək bişirərkən ona dad qatmaq üçün mütləq duz əlavə edilir. Bəs gün ərzində hansı miqdarda duzdan istifadə etmək sağlamlıq üçün ziyan törətmir?

Axar.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, duzun gündəlik istifadəsi 10-15 qram aralığında balanslaşdırılmalıdır. Onun həmin normadan artıq qəbul edilməsi sağlamlıq üçün təhlükəlidir: “Hipertoniya, insult və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər duzdan ehtiyatla istifadə etməlidirlər. Hətta qaraciyər serrozu, böyrək xəstəlikləri və nefrotik sindromla müşayiət olunan xəstəliklər zamanı duzdan istifadə edilməsinə qadağa qoyulur”.

Həkimin verdiyi məlumata görə, normadan artıq duz istifadə olunması orqanizmdə müəyyən asılılıq yaradır. Ona görə də duzdan istifadəni tədricən azaltmaq tövsiyə edilir. Bir sıra qidalar var ki, tərkibində duz olduğu üçün əlavə olaraq duzdan istifadə edilməsi orqanizmə mənfi təsir göstərə bilər: “Sutkada 4 qram duzu yalnız çörəkdən almaq mümkündür. Tərəvəzin də tərkibində müəyyən miqdarda duz var. Hətta bir sıra bitkilərin tərkibində kimyəvi maddələrlə yanaşı, duz da var. Ona görə də əlavə olaraq duzdan istifadə olunması məqbul deyil. Hətta pomidorun tərkibində duz olduğuna görə onun üzərinə yenidən duz əlavə etməyə ehtiyac yoxdur”.

Əslində duz minerallarının orqanizmin hər bir toxumasına faydası var, sadəcə olaraq onu normada qəbul etmək məsləhətdir.

Tarix
2019.10.01 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir

Gevorkyan Azərbaycan benzinindən danışdı: Təəssüf...

Ankara və Bakını münaqişəyə cəlb etməyə çalışırlar

Qlobal enerji qiymətlərində kəskin artım: Azərbaycana təsiri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla