Yuxarı

Hilin insan sağlamlığı üçün xeyri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hilin insan sağlamlığı üçün xeyri...

Hil sağlamlıq üçün faydalı bitkilərdən biridir. Ağ və tünd yaşıl rəngdə olan hil çaya və yeməyə qarışdırılaraq istifadə olunur. Tünd yaşıl hilin faydası çox böyükdür. Mədə turşuluğunun aradan qaldırılmasında, qastrit və qıcqırma zamanı həmin ədviyyatdan geniş istifadə edilməsi məsləhətdir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, dünyada geniş yayılan hili çox vaxt “kralların ədviyyatı” adlandırırlar. Orta əsrlərdə Avropada hil dərman hesab olunub və apteklərdə satılırdı. Hil Hindistanda və Çində çaya əlavə olunaraq içilir.

Hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir. Ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir.

Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.

Tarix
2020.02.26 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla