Yuxarı

Nə yeməli, evdə necə müalicə olunmalı... – Mühüm tövsiyələr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nə yeməli, evdə necə müalicə olunmalı... – Mühüm tövsiyələr

Koronavirus evdə də tam müalicə oluna bilər! Qeyd etməliyəm ki, COVİD 19-un spesifik, patoqnomonik simptomu yoxdur. Bu bir atipik respirator virus infeksiyasıdır.

Axar.az xəbər verir ki, bu sözləri tibb üzrə professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, özündə yuxarı tənəffüs yollarının məlum soyuqdəymə əlamətləri (boğaz qıcıqlanması, asqırma, öskürmə (quru və ya yaş), burun axma, burun-boğaz quruluğu, subfebril qızdırma və s.) hiss etdikdə, qripdə olduğu kimi, özünüzü ayrı otaqda təcrid etməli, yataq rejiminə keçməlisiniz:

“Qətiyyən panikaya düşmək olmaz. Bu simptomlar qripdə (H1N1), adi bakterial və ya virus pnevmoniyasında, digər infeksiyalarda da baş verə bilər. Hər şeydə koronavirus axtarmayın və koronavirusu kabus kimi görməyin. Nəzərdə tutun ki, çox vaxt qrip, adenovirus, rinovirus mənşəli soyuqlama xəstəlikləri COVİD-19-dan daha ağır gedişə malik olur”.

A.Qeybulla bildirib ki, bəzi qaydalar var ki, onlar hər gün tətbiq edilməlidir:

“Yatdığınız otağı gündəlik bir neçə dəfə yaxşıca havalandırın! Virus havadan keçmir, xəstə insanın danışarkən, öskürərkən, asqırarkən xaricə çıxan burun aerozolundan yaxındakı adama keçə bilir. Otaq havasını çox isti etməyin, bir qədər nəm və sərin edin. Təmasdan qaçın, yanınıza kimisə buraxmayın, maska taxın! Bol maye (ilıq şəkildə su) için! Su, bir tərəfdən, burun-udlaqda hüceyrələrdən virusun replikasiya edərək yenicə xaricə çıxan virionları mədəyə aparır, orada turşu onları neytrallaşdırır, beləliklə, virusun miqdarını artmağa qoymur, digər tərəfdən, intoksikasiya zamanı bədəndə su sərfi artdığından homeostazın (daxili sabitlik) pozulmasının qarşısını alır. Hərarətiniz qalxıbsa (38°C-yə qədər), dərhal saldırmağa çalışmayın. Bu, virusa qarşı orqanizmin reaksiyasıdır. Hərarət hüceyrə daxilində virusun replikasiyasını dayandırır! Hərarət qalxmaqda davam edərsə, yaxud dözmək mümkün deyilsə, qeyri-steroid ağrıkəsicilərdən deyil, “Parasetamol” həblərindən (500 mg - gündə 2 dəfə) istifadə edin. “Sink” (Sinkored 15 mg, gündə 2 həb (1 həbdən 2 dəfə), yemək vaxtı) qəbul edin. Elmi nəticələrə görə, sink virusların replikasiyasına əngəl törədir.

Bol vitamin (tablet və ya ampul şəklində vitamin C 200 mg-a qədər, Vit B6, E) qəbul edin. Yağda qızardılmış yeməkləri azaldın, kərə yağı daha məsləhətdir.

Meyvə-tərəvəzə üstünlük verin. Xəstəliyiniz rejimə ciddi əməl etsəniz, tədricən keçəcək. Əgər davamlı quru öskürək, təngnəfəslik, döş qəfəsinə basqı, tənəffüsün nəzərə çarpan çətinləşməsi müşahidə olunarsa, qaynar xəttə zəng vurun, həkim çağırın”.

Tarix
2020.04.02 / 13:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla