Yuxarı

ÜST-ə hücumla bağlı məlumat yayıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST-ə hücumla bağlı məlumat yayıldı

Koronavirus pandemiyası başlanandan Ümumdünya Səhiyyə Təşkilatına qarşı kiberhücumların sayı xeyli dərəcədə artıb.

Axar.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı press-relizdə bildirilib. Məlumata görə, ÜST-ün informasiya təhlükəsizliyinə törədilən qəsdin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə çoxdur.

Təşkilatın adından guya Koronavirusla Mübarizə Fonduna vəsait ianə etmək çağırışına dair elektron məktublar göndərilməsi hallarının sayı artıb. Bundan başqa, bu həftə ÜST-ün təqribən 450 elektron poçt ünvanı və parolu sızdırılıb.

Məlumat bazasına zərər toxunmayıb, lakin təşkilatın sabiq və indiki işçilərinin, habelə tərəfdaşlarının istifadə etdikləri daxili şəbəkəyə ziyan vurulub.

ÜST öz sisteminin təhlükəsizliyinin gücləndirilməsi üzərində iş aparıldığını vurğulayıb.

Tarix
2020.04.24 / 09:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla