Yuxarı

Yaponlar koronaya görün necə qalib gəldi…

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi 25 maydan aradan qaldırılıb. Çinə yaxınlığı ilə seçilən bu ölkədə yoluxma və ölüm hallarının az olması da təəccübə səbəb olub.

Axar.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda yaşayan jurnalist Vüqar Ağayev Azərtac-a gündoğan ölkənin bu ölümcül virusa hansı yolla qalib gəldiyini yazıb.

Bildirilir ki, Yaponiya dünyanın bir çox ölkələrində həyata keçirilən ciddi qadağaların olmaması ilə seçilib. Yaponiyada hətta COVİD-19 pandemiyası ilə mübarizə üçün mərkəz belə yaradılmayıb. Dünya Səhiyyə Təşkilatının əhalinin kütləvi şəkildə testdən keçirilməsi barədə çağırışına baxmayaraq, Yaponiya həmin xahişi də həyata keçirməyib.

Mütəxəssislərin fikrincə, yaponlara bu məsələdə həm də illərdir formalaşmış və oturuşmuş mentalitet, tarixən formalaşmış milli xüsusiyyətlər kömək edib. Belə ki, yaponlar bir-biri ilə görüş və ya vidalaşma zamanı yalnız müəyyən qədər əyilir və əl vermədən salamlaşıb-sağollaşırlar. Hətta bəzi xalqlarda müşahidə edilən qucaqlaşma və öpüşmə kimi hallardan yaponlar ümumiyyətlə istifadə etmirlər.

Həmçinin, yaponların nəfəs yollarında müəyyən nasazlıq hiss etdikdə tibbi maska taxmaq kimi vərdişləri də var. Bu ölkədə tibbi vasitələr satan mağazaların hamısında tibbi maskalar həmişə ön sırada yer alır və yaponlar yaşından asılı olmayaraq, bu qoruyucu vasitəyə böyük diqqətlə yanaşırlar.

Bundan başqa, bir çox ölkədə pandemiyadan sonra başlayan market, restoran, ictimai yerlərin girişində dezinfeksiyaedici vasitələrin vurulması Yaponiyada illərin qəbul edilmiş qaydasıdır. Yaponiyada əksər ictimai yerlərdə, xüsusən restoranlarda, mağaza və marketlərin giriş və çıxışlarında dezinfeksiyaedici vasitələrin yerləşdirilməsi təcrübəsi var. Pandemiya yayılarkən bu işi həyata keçirmək üçün əksər iş yerlərində işçilər ayrılsa da, Yaponiyada buna görə əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac yaranmayıb.

Başqa bir məqam kimi isə ondan ibarətdir ki, Yaponiyada hökumət heç bir qadağa, cərimə tətbiq etməyib. Çünki yaponiyada illərdir hökumətin yalnız xahişini nəzərə alan ictimai-iaşə obyektləri formalaşıb. Qaydalara əməl etməyən obyektlərin isə cəza kimi adları qara siyahıya salınaraq ictimaiyyətə açıqlanır və yaponlar da qınaq olaraq adı siyahıya düşmüş heç bir ictimai-iaşə obyektinə getmir. Heç bir yapon restoranı, iaşə obyekti də adının o siyahıda olmasını istəmədiyi üçün illərdir qoyulan bütün qayda və qanunlara riayət edir.

Mütəxəssislərin bildirdiyinə görə, Yaponiyanın əldə etdiyi uğurun əsasında koronavirusa yoluxma ilə əlaqədar ilkin kütləvi yanaşma mühüm rol oynayıb. İlk gündən maskadan kütləvi istifadə, məsafə saxlama və özünütəcridlə bağlı əhaliə verilən məlumatlara hər bir yapon bir nəfər kimi riayət etdiyindən yoluxma və ölüm halı az olub, ölkə karantin rejimindən ən tez çıxan ölkələrdən olub.

Tarix
2020.05.29 / 11:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla