Yuxarı

Yaşin İrəvana səfərini ləğv etdi - Təhlükə var!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşin İrəvana səfərini ləğv etdi - Təhlükə var!

Rusiyalı müxalif siyasətçi İlya Yaşin Ermənistanda həyatına təhlükə yarana biləcəyi barədə xəbərdarlıq aldıqdan sonra İrəvana planlaşdırılan səfərini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.

Onun sözlərinə görə, söhbət mümkün fiziki təhlükədən gedir.

Yaşin hazırda ABŞ-dadır. O, Dövlət Dumasına seçkilərdə səsvermənin son gününə, yəni 20 sentyabra qədər İrəvana gəlməyi, seçki məntəqəsinə baş çəkməyi, “böyük müharibə əleyhinə növbə”də iştirak etməyi və müharibəyə qarşı çıxan ruslarla görüşməyi planlaşdırırdı.

“Vaşinqtonda olduğum müddətdə Ermənistana qarşıdan gələn səfərimlə bağlı müəyyən risklər barədə xəbərdarlıq edildi. Təfərrüatı açıqlaya bilmərəm, amma söhbət fiziki təhlükədən gedir”, - o, Teleqram səhifəsində yazıb.

Onun sözlərinə görə, aldığı məlumatları görməzdən gələ bilmir və təhlükəsizlik qaydalarına riayət etmək məcburiyyətində qalır. Bu səbəbdən Ermənistana səfər təxirə salınır və orada planlaşdırılan tədbirlər ləğv edilir.

Yaşin və digər rusiyalı müxalifətçilər Dövlət Duması seçkilərinin son günündə “Dinc Rusiya üçün günorta” kampaniyasının keçirilməsini təklif ediblər. Onlar Vladimir Putinin siyasətinə qarşı çıxan insanları 20 sentyabrda, günorta saatlarında səsverməyə getməyə çağırıblar.

Tarix
2026.09.19 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla