Yuxarı

Dərini qocaldan səbəblər hansılardır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra xarici amillər və düzgün qulluq göstərilməməsi dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Həmin prosesi tamamilə dayandırmaq mümkün olmasa da, ləngitmək olar.

Axar.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova Azərtac-a dediyinə görə, mütəmadi spirt qəbulu, günəşin zərərli şüaları dərini qocaldır və bunun qarşısını almaq üçün bəzi vərdişlərdən uzaq durmaq lazımdır: “Makiyajı silmədən yatmaq dəriyə vurulan ən böyük zərbələrdən biridir. Gün ərzində dəri məsamələrində makiyaj və çirk qalıqları yığılaraq incə xətlər yaradır. Ona görə də hər gecə üzü dəri tipinə uyğun vasitələrlə təmizləmək və sonra nəmləndirici krem tətbiq etmək lazımdır.

Dəridə qırışların erkən yaranmaması üçün qidalanma da mühüm şərtdir. Çox şəkərli və duzlu qidaların qəbulu kilo almaqla yanaşı, dərinin erkən yaşlanmasına da səbəb olur. Günəşin zərərli şüalarının dəridə pozulmalar əmələ gətirməməsi və kollagenlərin zərər görməməsi üçün bayıra çıxanda günəş kremindən istifadə etmək məsləhətdir”.

Onun dediyinə görə, yastıqda üzü üstə yatmaq dəridə qırışlar əmələ gətirir. Ona görə də kürəyi üstə və yan tərəfi üstə yatmaq daha düzgündür. Əsəb və stress də dərinin vaxtından əvvəl qocalmasına səbəb olan amillərdəndir.

Tarix
2020.06.23 / 02:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla