Yuxarı

Bir neçə nəfəri xilas etdi, ancaq... - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Yanğından Mühafizə Hissəsinin əməkdaşları sakinləri xilas edilməsi üçün böyük şücaət göstəriblər.

ANS-in məlumatına görə, Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğlu bir neçə nəfəri alovun cəngindən xilas etsə də, nəticədə özü də zəhərlənmiş, yüngül bədən xəsarəti alıb.

Tibbi müdaxilədən sonra Şahverdiyev Xətai evə buraxılıb. Hazırda baş leytenantın səhhəti üçün heç bir təhlükə yoxdur və o özünü yaxşı hiss edir.

"14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın".

Bu haqda sosial şəbəkədə onun özü xəbər verib. Şahverdiyev Akif oğlunun səhhəti ilə bağlı narahatlıq keçirənlərə təşşəkkürünü bildirməklə yanaşı rəhmətə gedənlərə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, məlum hadisə ilə bağlı ANS telekanalında verilən süjetdə qohumları onun da yaralandığını görərək narahatlıq hissi keçiriblər.

Tarix
2015.05.20 / 01:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla