Yuxarı

“Bu prosesin həbslə yekunlaşması sevindirici haldır”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda adətən birinci instansiya məhkəmələrində həll edilməli, yekunlaşmalı olan məsələlər lazımsız yerə uzadılır.

Bu sözləri Axar.az-a hüquqşünas Müzəffər Baxışov 31 avqust 2015-ci ildə keçirilən Apelyasiya Məhkəməsində səhlənkarlığa görə insan ölümünə səbəb olan və sənəd saxtalaşdıran anestezioloq, 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Firuz İbrahimovla bağlı 2,5 il müddətində azadlıqdan məhrumetmə cəzası qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsində həkim səhlənkarlığına görə məsuliyyət nəzərdə tutulmayıb:

"Elnarə xanımın ölümü ilə bağlı hadisəni bildiyimə və ilk gündən prosesi izlədiyimə görə məlumatlıyam. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham həkim səhlənkarlığı ilə bağlı deyildi, məsuliyyətsizlikdən insan ölümünə səbəb olma və sənəd saxtalaşdırma ilə bağlı idi. Ancaq istənilən halda bu prosesin təqsirləndirilən şəxsin həbsi ilə yekunlaşması sevindirici haldır. Əslində, bu hökm ilk gündən çıxarılmalı idi. İlk məhkəmədə əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olundu. Həmin maddəyə əsasən, təqsirkara təyin edilən cəza şərti hesab edilmişdi. Ancaq Bakı Apelyasiya Məhkməsi çox ədalətli və düzgün mövqe tutaraq, həmin şəxsi cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə, azadlıqdan məhrum etdi".

M.Baxışovun fikrincə, təqsirkarla bağlı çıxarılan hökm düzgündür, lakin bu qərarı birinci instansiya məhkəməsi qəbul etməli idi:

"Bir anestezioloqun məsuliyyətsizliyi üzündən bir ailə dağıldı, bir insan həyatına son qoyuldu. Ailəyə böyük mənəvi və maddi ziyanlar dəydi. Həmin şəxsin öz işində etdiyi səhlənkarlıq və məsuliyyətsizlik görün nələrə səbəb olub. Buna görə də qanun qarşısında cavab verməli idi. Məhkəmələrin belə insanları cəzalandırmaması və ya cəza verilməsini uzatması növbəti belə halların yaranmasına səbəb olur.

Çox təəssüf edirəm ki, Azərbaycanda adətən birinci instansiya məhkəmələrində həll edilməli, yekunlaşmalı məsələlər lazımsız yerə uzadılır. Adətən belə faktlarda Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə qərar qəbul edirlər. Belə təcrübəyə birdəfəlik son qoymaq lazıdır. Cinayətin baş verməsini, ictimai təhlükəsi nəzərə alınmaqla, vurulan maddi və mənəvi zərər əsas götürülməklə cəza tətbiq edilməlidir.

Bu qəbildən olan cinayətlər ehtiyatsızlıqdan törədilən cinayət kimi dəyərləndirildiyindən, cəzası 2,5-3 il civarında olur. Yəni bu cəzaları normal hesab etmək olar. Sadəcə, həmin cəzaları dəqiq tətbiq etmək lazımdır. Cəza cinayəti törədən şəxsin islah olmasına yönəldilməlidir".

Qeyd edək ki, avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində Əflatun Qasımovun sədriliyi ilə keçirilən prosesdə həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümünə səbəb olmuş anestezioloq Firuz İbrahimov barəsində 2,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb və o, məhkəmə zalındaca həbs edilib.

Mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Tarix
2015.09.03 / 09:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla