Yuxarı

Sahib İslamov Şamaxı Xəstəxanasına köçürülür

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 3 aydır ki, avtomobil qəzası nəticəsində komaya düşən Avropa.info saytının əməkdaşı Sahib İslamovun bu dəqiqələrdə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasından Şamaxı rayon xəstəxanasına köçürülməsi prosesi başlayıb.

Bu haqda Avropa.info-nun direktoru Ruslan Bəşirli məlumat verib. Onun dediyinə görə bu gün səhər saatlarında Səhiyyə Nazirliyində Sahib İslamovla bağlı kollegiya iclası keçirilib. "Kollegiya iclsından dərhal sonra Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda olan tanınmış, ABŞ və Türkiyədə təhsil almış həkim nevrocərrah Fərid Qaralov Sahib İslamovu müayinə etdi. Lakin təəssüf ki, Fərid Qaralovun rəyi də dünən Səhiyyə Nazirliyinin həkimlərinin rəyindən fərqlənmədi. Sahib İslamovun beyin qabığında vegetativ vəziyyət yaranıb ki, onu da dünyanın heç bir yerində müalicə etmək mümkün deyil. Onun beyin qabığının bütün hüceyrələri demək olar ki məhv olub. Hər halda həkimlər belə deyirlər. Qeyd edim ki, jurnalistlərin Sahiblə bağlı prezidentə müraciətindən sonra Səhiyyə Nazirliyi onun sağalması üçün əlindən gələni edir. Lakin təəssüf ki, vəziyyət bu cürdür. Həkim Fərid Qaralov mənimlə və Sahibin qardaşı Aqil İslamovla söhbətində açıq-aydın dedi ki, həkimik bəlli bir yerə qədərdir. Hər şey Allahın istəyinə bağlıdır."

R Bəşirli bildirib ki, Sahib İslamovun bundan sonrakı bütün müalicəsini dovlət öz üzərinə götürüb. " Sahib İslamov əslən Şamaxı rayonundan olduğuna görə yaxınlarının razılığı əsasında o Şamaxı rayon xəstəxanasına köçürülür. Artıq Şamaxı rayon xəstəxanasına Səhiyyə Nazirliyindən bu barədə ciddi tapşırıq verilib və Sahib İslamov orada ayrıca palatada saxlanılacaq. Bizim dostumuz dünyanın heç bir yerində müalicəsi olmayan xəstəliklə üz-üzədir. Biz ancaq Allaha tavəkkül etməli və dualarımızı Sahib üçün əsirgəməməliyik."

Tarix
2014.01.14 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla