Yuxarı

Depressiya halları nədən gəncləşir? – Psixoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depressiya halları nədən gəncləşir? – Psixoloq

İnsanın informasiya ilə yüklənməyi onlarda depressiyanın dərinləşməsinə səbəb olur.

Bu sözləri Axar.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ölkədə depressiya halının gəncləşməsindən danışarkən deyib. Onun sözlərinə görə, həddindən artıq informasiya insanın yüklənməsinə gətirib çıxarır:

"Depressiya hallarının çoxalmasına təsir göstərən bir çox faktor var. İlk növbədə buna informasiya faktoru təsir edir. İndiki dövrdə insanlar günlərinə sosial şəbəkələrlə başlayır və onlarla yekunlaşdırır. Bu isə psixoloji problemlərə yol açır. Bu cür vəziyyət özünəqəsdə səbəb və digər psixi problemlərə yol aça bilər. Ona görə də bu situasiyalarda vaxtında tədbirlər görülməlidir. İnsanlar bütün hallarda özlərinin psixi sağlamlıqlarının qeydinə qalmalıdır".

Xatırladaq ki, Psixi Sağlamlıq Mərkəzinin yaydığı məlumata görə, Azərbaycanda əhali arasında depressiya halları gəncləşir.

Mərkəzin məlumatında bildirilir ki, əvvəllər depressiya yaşı 30-dan yuxarı insanlar arasında yaranırdısa, indi belə hallara gənclər arasında daha çox rast gəlinir.

Tarix
2016.01.12 / 08:15
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla