Yuxarı

Aparıcı 12 yaşlı oğlunun faciəsindən danışdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam dünyasını dəyişəndə oğlum yanımda idi.

Axar.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl oğlunu itirən aparıcı Afaq Gəncəli "Bizimləsən" verilişində danışarkən deyib. O, valideynləri övladlarına diqqətli olmağa səsləyib:

"Xərçəng xəstəliyinin qarşısını almaq mümkün olmadı. Davamlı müalicələr etdik. Yaxşı ki, dəhşətli ağrılar yaşamadı. Komaya düşməmişdən əvvəl yeməyi yaxşı idi, ancaq gülürdü. Oğlumda 11 yaşında bu xəstəlik yarandı, 12 yaşında rəhmətə getdi. Stress və qorxudan yarandı. Atam dünyasını dəyişəndə oğlum yanımda idi. Atam rəhmətə getməmişdən öncə oğlumda bu xəstəlikdən əsər-əlamət yox idi. Heç vaxt ağlıma gəlməzdi ki, bu xəstəliklə mübarizə aparım.

Hər hansı ananı görəndə deyirəm ki, uşaqlarınızdan muğayat olun. Hər hansı bir yeri ağrıyırsa, mütləq həkimə aparın. Oğlum mənə deyirdi ki, ana, yuxum gəlir. Fikirləşirdim ki, yəqin yorulub. Demə, yorğunluq, ağrı bu xəstəliyin əlaməti imiş. Xərçəng onurğasında idi deyə, ayağına təsir etdi. Axsayırdı, axsaya-axsaya müalicəyə apardım".

Xatırladaq ki, aparıcı Afaq Gəncəlinin oğlu Qədirxan bir müddət əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

Tarix
2016.02.09 / 10:55
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla