Yuxarı

Mövsüm dəyişir, bu şəxslərin səhhətində problem... - Terapevt

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mövsüm dəyişir, bu şəxslərin səhhətində problem... - Terapevt

İnsan orqanizmi təbiətlə sıx əlaqədədir. Bu səbəbdən iqlim dəyişiklikləri və fəsil keçidləri bədənimizə təsirsiz ötüşmür. Xüsusilə yaz və payız aylarında bir çox insan müxtəlif sağlamlıq problemləri ilə qarşılaşır.

Bu sözləri Axar.az-a açıqlamsında terapevt Sübhan Hacıyev mövsum dəyişikliklərinin insan orqanizminə təsiri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, fəsil dəyişiklikləri orqanizmin immun sisteminə təsir edir və bəzi xəstəliklərin aktivləşməsinə səbəb olur:

“Yaz aylarında ən çox rast gəlinən problemlərdən biri allergik reaksiyalardır. Bu dövrdə ağacların, güllərin və otların çiçəkləməsi nəticəsində havaya yayılan tozcuqlar “polinoz” adlanan allergik xəstəliyə səbəb olur. Bu zaman insanlarda burun tutulması, asqırma, öskürək, göz yaşarması və qaşınma kimi simptomlar müşahidə edilir. Bundan başqa, immun sisteminin zəifləməsi nəticəsində virus infeksiyaları daha asan yayılır. Xroniki xəstəlikləri olan – xüsusilə ürək-damar problemləri, şəkərli diabet və maddələr mübadiləsi pozğunluğundan əziyyət çəkən insanlar hava dəyişikliklərindən daha çox təsirlənir”, - S.Hacıyev qeyd edib.

Terapevtin sözlərinə görə, həkim müayinələrindən vaxtında keçmək, hava şəraitinə uyğun geyinmək və mövsümə uyğun qidalanmaq vacibdir:

“Xroniki xəstəlikləri olan şəxslər isə sağlamlıqlarını nəzarətdə saxlamalı və mövsüm keçidləri zamanı ehtiyatlı davranmalıdırlar. Orqanizmin fəsil dəyişikliklərinə uyğunlaşması üçün vaxt lazımdır. Bu dövrdə sağlam həyat tərzinə diqqət yetirmək və erkən tədbirlər görmək vacibdir ki, mövsümi dəyişikliklər insanın ümumi vəziyyətinə mənfi təsir göstərməsin”.

Tarix
2025.03.20 / 02:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla