Yuxarı

Süni intellekt həkimləri əvəz edə bilərmi? – Ekspert

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süni intellekt həkimləri əvəz edə bilərmi? – Ekspert

Həkimlər daim elmi araşdırmalar aparır, tibbi mənbələrə istinad edir və təcrübələrini nəzərə alaraq fərqli yanaşmalar tətbiq edirlər. Ancaq xəstəliklər hər zaman kitablarda yazıldığı kimi olmur. Tibb sahəsində praktik vəziyyətlər çox mürəkkəb ola bilər və burada həkimin şəxsi təcrübəsi, intuisiyası və qərarvermə bacarığı həlledici rol oynayır. Süni intellekt isə hazırda bu cür mürəkkəb prosesləri tam mənimsəyə bilmir.

Bu sözləri Axar.az-a açıqlamasında həkim-terapevt Rasif Bağırov süni intellektin səhiyyədəki rolu barədə danışarkən deyib.

Onun sözlərinə görə, bəzi hallarda xəstəyə düzgün diaqnoz qoymaq üçün eyni sualı müxtəlif formalarda vermək lazım gəlir:

“Lakin süni intellekt xəstənin cavablarını yalnız verilmiş məlumatlar əsasında dəyərləndirdiyi üçün belə incə detalları nəzərə almaqda çətinlik çəkir”.

Ekspert hesab edir ki, süni intellektin səhiyyədə rolu zamanla genişlənəcək və diaqnostik proseslərdə köməkçi vasitə kimi istifadə ediləcək, amma onun həkimi tam əvəz etməsi yaxın gələcəkdə mümkün görünmür:

“Süni intellektin səhiyyədə tətbiqi artacaq və gələcəkdə tibbi diaqnostika prosesində daha dəqiq nəticələr əldə etməyə kömək edəcək. Lakin indiki mərhələdə həkimlərin süni intellektdən tam asılı olması real deyil. Bəzən hətta həkimlər belə süni intellektə müəyyən suallar verəndə dolğun cavab ala bilmirlər. Bu da sübut edir ki, insan faktoru hələ də tibbdə əvəzolunmazdır”.

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev XII Qlobal Bakı Forumunda çıxışı zamanı süni intellektin səhiyyədəki rolunu vurğulayaraq, onun bəzi xəstəliklərin müalicəsində inqilabi dəyişikliklər yarada biləcəyini bildirib. Nazir həmçinin süni intellektin qanunvericilikdə tənzimlənməsinin vacibliyini diqqətə çatdırıb.

Tarix
2025.03.20 / 09:30
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla