Yuxarı

Bayram günlərində qidalanma üçün 5 qızıl qayda - Diyetoloq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram günlərində qidalanma üçün 5 qızıl qayda - Diyetoloq

Bayram günlərində yağlı və ağır qidaların, eləcə də şəkərli məhsulların həddindən artıq istehlakı həzm problemlərinə, qan şəkərinin ani yüksəlməsinə, arterial təzyiqin artmasına və çəki probleminə səbəb ola bilər. Xüsusilə paxlava, şəkərbura və qoğal kimi şirniyyatlar yüksək şəkər və yağ tərkibli olduğundan miqdarına diqqət yetirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Ceyhunə Yusifova Novruz bayramı günlərində qidalanma qaydalarından danışarkən bildirib.

Diyetoloqun tövsiyəsinə görə, bayram günlərində qidalanma balansını qorumaq lazımdır:

1. Kiçik porsiyalar seçilməli, hər şeydən dadılsa da, ölçü gözlənilməlidir;

2. Şəkərli qidaların miqdarı azaldılmalı, şəkərbura və paxlava məhdud miqdarda yeyilməlidir;

3. Qovurma və yağlı ət əvəzinə, sobada və ya buğda bişmiş toyuq və balığa üstünlük verilməlidir;

4. Süfrədə bol tərəvəz və göyərti olmalı, şəkərli içkilər yerinə su və ya bitki çayları seçilməlidir;

5. Ağır yeməklərdən sonra 15-20 dəqiqəlik gəzinti həzm prosesini asanlaşdırmağa kömək edir.

Novruz süfrəsində plov və dolmanı necə sağlam hazırlamaq olar?

Diyetoloqun sözlərinə görə, plov və dolma Novruz süfrəsinin ayrılmaz hissəsidir. Lakin onların daha sağlam versiyasını hazırlamaq üçün bəzi məqamlara diqqət yetirmək vacibdir:

“Plov – kərə yağını bitki yağı ilə əvəz edin. Kiçik porsiyalar yeyin və yanında bol tərəvəz və göyərti salatı qəbul edin. Əlavə yağlı souslardan çəkinin. Dolma – yağlı qiymə əvəzinə, toyuq əti və ya yağsız mal əti istifadə edin. Qızartmaq əvəzinə qaynadaraq və ya sobada bişirin. Duz miqdarına nəzarət edin, çünki çox duz suyun bədəndə toplanmasına səbəb ola bilər”.

Sağlam və balanslı Novruz süfrəsi üçün nə yeməli?

“Səməni şorbası – həm ənənəvi, həm də faydalı olan bu şorba həzmi asanlaşdırır və immuniteti gücləndirir. Kəvər, şüyüd, keşniş, ispanaq və digər göyərtilər bağırsaq sağlamlığını dəstəkləyir və orqanizmi təmizləyir. Boyanmış yumurta – protein mənbəyi olaraq toxluq hissini uzun müddət qoruyur. Şəkərli desertlər əvəzinə, qoz, fındıq, badam, quru ərik və xurma daha sağlam seçimlərdir”, - diyetoloq bildirib.

Tarix
2025.03.21 / 21:04
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

Bakıda keçiriləcək WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla