Yuxarı

Əlləri tez-tez sabunla yumayın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlləri tez-tez sabunla yumayın!

Bəzi valideynlərin evdə ultra-gigiyena qaydalarına riayət etmək meyli uşaqlarının sağlamlığı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Antibakterial sabunlarla onların ürək-damar xəstəlikləri və nəticədə erkən ölüm riski əhəmiyyətli dərəcədə artacaq.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Çikaqoda Şimal-Qərb Universitetinin alimləri belə nəticəyə gəliblər.

Alimlər hesab edirlər ki, antibakterial sabunun çox tez-tez istifadəsi ürək-damar xəstəliklərinin xəbərçisi olan C-reaktiv zülalın səviyyəsinin artmasına gətirib çıxarır.

Bu, iltihab zamanı toxuma zədələnməsinin əsas göstəricilərindən biridir. Uşağın otağı, evi nə qədər təmiz olsa, yetkinlik dövründə iltihablı proseslərin inkişaf riski bir o qədər yüksəkdir.

Uşağın immuniteti güclənmək üçün mikroblarla təmasda olmalıdır. Uzun əsrlər boyu bəşəriyyət, yumşaq desək, çox da gigiyenik deyildi. Sterillik gündəlik həyatımıza yenicə daxil olub və orqanizmlər hələ yeni reallığa uyğunlaşmayıb.

Professor Tomas Mak Daidin başçılıq etdiyi tədqiqatçılar qrupu 22 il ərzində 3000 filippinli ailə haqqında məlumatları təhlil edib. Daha sonra bu məlumat Amerika ailələrinin xəstəlik tarixçələri ilə müqayisə edilib. Məlum olub ki, filippinlilər ürək problemlərindən daha az əziyyət çəkirlər və daha uzun yaşayırlar. Uşaqların ABŞ-dakı kimi steril şəraitdə böyüməməsinə baxmayaraq, onlar xəstəliklərə daha dözümlüdürlər.

Tarix
2025.04.01 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla