Yuxarı

Nikahla bağlı nə qədər vətəndaş müayinədən keçib?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanuna əsasən nikaha daxil olmaq istəyən vətəndaşlar 2015-ci il iyunun 1-dən tibbi müayinədən keçməlidirlər. Qaydaların qüvvəyə mindiyi vaxtdan 2016-cı il mayın 1-dək 139 700 nəfər məcburi tibbi müayinədən keçib.

Axar.az xəbər verir ki, bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva iyunun 1-də institutda keçirilən "dəyirmi masa"da məlumat verib.

Bildirilib ki, Səhiyyə Nazirliyi nikaha daxil olmaq istəyən şəxsin yaşayış yeri üzrə pulsuz tibbi müayinədən keçməsi üçün dövlət tibb müəssisəsi təyin edir. Tibbi müayinədən keçənlərin çoxunun sağlamlıq durumu qənaətbəxşdir. Məlum olub ki, mayın 30-dək müayinə olunanların 458 nəfəri sifilis virusunun, 85-i İÇV infeksiyasının, 7171-i talassemiyanın daşıyıcısıdır. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və başqaları nikaha qədər tibbi müayinənin əhəmiyyətini qeyd ediblər. Diqqətə çatdırılıb ki, tibb müəssisələri müalicə məqsədi ilə qan və onun komponentləri ilə təmin edilir. Qan xidmətini dinamik inkişaf etdirmədən cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslı tibbi yardımı müvəffəqiyyətlə həyata keçirmək olmaz. Ailə qurmaq istəyənlər arasında talassemiya daşıyıcılarını aşkara çıxarmaq, onlara tibbi-genetik məsləhətlər vermək üçün respublikanın bütün şəhər və rayonlarında hematoloji kabinetlər yaradılıb. Son illər respublikamızda qan xəstəliklərinin müalicəsi istiqamətində ciddi addımlar atılıb, bu xəstəliklərdən əziyyət çəkən insanların müayinəsi və müalicəsinə diqqət artırılıb.

Bildirilib ki, qan xəstəlikləri ölkəmizdə ən geniş yayılan xəstəliklərdəndir. Məhz bu səbəbdən belə xəstələr dövlətimizin diqqət mərkəzindədir. Hematologiya və transfuziologiyaya dair iki qanun və üç dövlət proqramı qəbul edilib. Bundan əlavə, Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" talassemiyanın profilaktikasının güclənməsinə, əhali arasında maarifləndirmə işinin genişlənməsinə və bütövlükdə talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəldilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzi yaradılıb. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib.

Respublika Talassemiya Mərkəzinin Mərkəzi Qan Bankının yaradılması nəticəsində talassemiyalı xəstələrin müalicəsində yüksək nailiyyətlər əldə olunub, onların donor qanına və zəruri preparatlara tələbatı tam təmin edilib. Talassemiyanın radikal müalicə metodu – sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin edilir, bu xəstəlikdən əlillik faktlarının və ölüm hallarının sayı azalır.

Tarix
2016.06.01 / 18:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla