Yuxarı

Depressiya və panik atak olanlar bu vitaminləri yoxlasın

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depressiya və panik atak olanlar bu vitaminləri yoxlasın

Psixi narahatlığa təsir edən kifayət qədər çox amillər var. Və başa düşmək lazımdır ki, emosional vəziyyət bədənin biokimyası ilə sıx bağlıdır. Buna görə də bu amillərdən biri orqanizmdə müəyyən vitamin və mineralların çatışmazlığı ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, psixiatr Yekaterina Safranoviç bu barədə danışıb.

“Vitamin çatışmazlığı sinir sisteminin fəaliyyətini poza bilər, narahatlığı artıra, panik atak və hətta depressiyaya səbəb ola bilər. Xüsusilə də onlardan biri D vitaminidir.

Onun rolu son dərəcə vacibdir - serotonin və dofaminin sintezində iştirak edir. D vitamininin aşağı olması, ürək-damar, endokrin və hətta neyrodegenerativ xəstəliklər də daxil olmaqla, bir sıra xəstəliklərlə əlaqələndirilir. Onun çatışmazlığı həm də mövsümi depressiya, xroniki yorğunluq, yuxululuq və narahatlığın artmasına səbəb olur”, - o bildirib.

D vitamini çatışmazlığının əlamətləri arasında o, apatiya, yuxu pozğunluğu, əzələ zəifliyi, tez-tez soyuqdəymələri qeyd edib.

Psixiatrın sözlərinə görə, B vitaminlərinin (B6, B9, B12) çatışmazlığı da narahatlıq yarada bilər.

Həkim aşağıdakı simptomları B vitaminlərinin çatışmazlığı ilə əlaqələndirib: əsəbilik, başgicəllənmə, ətraflarda uyuşma, yaddaş problemləri.

Maqnezium çatışmazlığı stressə reaksiyanı artırır.

Həkim immuniteti dəstəkləyən və neyrotransmitterlərin sintezində iştirak edən belə minerallar sırasına sinki də daxil edib. Aşağı sink artan narahatlıq və OKB ilə əlaqələndirilir.

Sink çatışmazlığının simptomları: tez-tez infeksiyalara tutulma, saç tökülməsi, yaraların yavaş sağalması.

"Bu vitamin və mineralların çatışmazlığını müəyyən etmək üçün aşağıdakı testlərə diqqət yetirməyi məsləhət görürəm: D vitamini - 25-OH-D3 üçün analiz (optimal səviyyə - 50-80 ng/ml); B vitaminləri (vitamin B6 - piridoksal-5-fosfat qan testi, B9 - fol turşusu, B12 - qan serumunda maqneziumların daha dəqiq analizi); sink - qan plazmasında sink səviyyəsinin yoxlanılması”, - həkim qeyd edib.

Tarix
2025.04.23 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla