Yuxarı

Yüksək təzyiqin dərmanı bu meyvədə imiş

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək təzyiqin dərmanı bu meyvədə imiş

Yüksək qan təzyiqini idarə etmək üçün illərdir duz istehlakını azaltmaq tövsiyə olunur. Ancaq yeni araşdırmalar bu davranışın təkbaşına kifayət etmədiyini ortaya qoyub.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Kanadanın Vaterloo Universitetindən professor Anita Laytonun rəhbərlik etdiyi araşdırmaya görə, kaliumla zəngin qidaların qəbulu qan təzyiqində çox daha təsirli rol oynaya bilər.

"Mirror" qəzetində çıxan xəbərə görə, natriumu azaltmaqdansa, banan və ya brokoli kimi kaliumla zəngin qidaların istehlakı qan təzyiqinə daha müsbət təsir göstərə bilər.

Yeni tapıntılar gündəlik qida rasionumuzda kalium və natrium arasındakı tarazlığın yüksək təzyiqin idarə edilməsində əsas rol oynadığını göstərir. Banan, kartof, ispanaq və avokado kimi kaliumla zəngin qidalar qan təzyiqini aşağı salmağa kömək edərkən, işlənmiş qidalar, fəst fud, pizza və çörək kimi qidalar yüksək miqdarda natrium ehtiva edir.

Kalium qəbulunun artırılması orqanizmdən artıq natriumu aradan qaldırmağa kömək edir. Bu, qan təzyiqinin tarazlaşdırılmasında mühüm bir addım olaraq görülür.

Digər tərəfdən, əlbəttə, araşdırmanın nəticələri banan və avokado kimi kaliumla zəngin qidaların qan təzyiqi üçün faydalarını ortaya çıxarsa da, yenə də duz qəbulunun azaldılması yüksək qan təzyiqi ilə mübarizənin ən təsirli yollarından biridir.

Tarix
2025.04.24 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla