Yuxarı

Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər uşağınızda bu vitamin çatışmazlığı varsa...

Mütəxəssislər D vitamini çatışmazlığı ilə bağlı xəbərdarlıq ediblər. Türkiyəli uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Məsud Arslan D vitamini çatışmazlığının uşaqlarda sümük problemlərinə səbəb ola biləcəyini açıqlayıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, D vitamini orqanizmin böyümə, inkişaf və immunitet sisteminin tənzimlənməsində mühüm rol oynayır. Lakin onun çatışmazlığı xüsusilə uşaqlarda müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Doktor Arslan bildirib ki, D vitamini çatışmazlığı uşaqlarda raxit kimi xəstəliklərə yol aça bilər:

"Sümük sıxlığına mənfi təsir edərək böyümə və inkişafda geriləmələrə səbəb ola bilər. D vitamini günəş işığı ilə sintez edilən D3 forması olaraq bədəndə aktivləşir və qidalardan da əldə edilə bilər.

Somon, skumbriya, sardina, yumurta sarısı, süd və süd məhsulları kimi yağlı balıqlar D vitamininin zəngin qaynaqlarıdır. Bugünkü həyat şəraiti, qapalı məkanlarda daha çox vaxt keçirmək və qeyri-kafi qidalanma D vitamini çatışmazlığını artıran amillərdəndir. Bu çatışmazlıq təkcə uşaqlarda deyil, böyüklərdə də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

D vitamini çatışmazlığı tez-tez infeksiyalar, saç tökülməsi, sümük ağrısı, yorğunluq, depressiya və ürək xəstəlikləri kimi bir çox problemlər yaradır".

Mütəxəssis vurğulayıb ki, D vitamini əlavələrinin qəbulu da nəzarətdə saxlanılmalıdır:

"Yüksək miqdarda D vitamini böyrək xəstəliklərinə və damar problemlərinə səbəb ola bilər. Ona görə də D vitamini müalicəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməli və uyğun müalicə dozası tətbiq edilməlidir".

Tarix
2025.05.18 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla