Yuxarı

Nara duz əlavə edib yeməyin faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nara duz əlavə edib yeməyin faydaları

Narın üzərinə duz töküb yemək vərdişi bir çox insanın tətbiq etdiyi üsula çevrilib.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qış aylarında immuniteti gücləndirmək üçün tövsiyə edilən bu üsul ictimaiyyət arasında geniş yayılmaqdadır.

Diyetoloqların fikrincə, nar və duzun birləşməsi bəzi təəccüblü təsirlər yarada bilər. Düzgün və ölçülü yeyildikdə, həzm sistemini dəstəkləyir və bədən tarazlığına müsbət təsir göstərər.

Nara əlavə edilən az miqdarda təbii qaya duzu mədə turşusunu tarazlaşdırmağa və həzm prosesini sürətləndirməyə kömək edə bilər. Bu üsul xüsusilə ağır yeməklərdən sonra mədədə sakitləşdirici təsir göstərir.

Nar kalium, maqnezium və antioksidantlarla zəngin meyvədir. Təbii duz ilə yeyildikdə, xüsusilə isti havalarda elektrolit itkisini tarazlaşdırmaqda faydalı ola bilər. Bu qarışım məşqdən sonra və ya sıx tərləmə hallarında bədənin duz-mineral balansını dəstəkləyir.

Duz meyvənin ətirini gücləndirir, narın şirin və turş quruluşunu daha qabarıq göstərir. Bu həm iştahanı, həm də dad hissini stimullaşdıra bilər.

Narın tərkibində olan C vitamini və antosiyaninlər kimi güclü antioksidantlar orqanizmi infeksiyalardan qorumaqda mühüm rol oynayır.

Tarix
2025.05.23 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla