Yuxarı

Depressiya və insultun səbəbi budur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Depressiya və insultun səbəbi budur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib.

“Çünki duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalını stimullaşdırır. Bir qrup alim tərəfindən aparılan araşdırmanın nəticələri “The Journal of Immunology” jurnalında dərc olunub.

Araşdırmada 5 həftə yüksək duzlu qida ilə qidalanan gəmiricilər daha az aktivləşib və ətrafa daha az maraq göstəriblər. Onlarda iltihablı zülalın səviyyəsində artım görünüb. Lakin IL-17A istehsal edə bilməyən siçanların xüsusi yetişdirilmiş xətti, istehlak etdikləri duzun miqdarından asılı olmayaraq, depressiv davranış nümayiş etdirməmişdir.

Həddindən artıq duzun zərərli olması yeni xəbər deyil. Amma insanlar bunu tez-tez unudurlar. Və söhbət təkcə mümkün depressiyadan deyil, həm də digər xəstəliklərin, o cümlədən insult və infarktların inkişaf riskinin artması ilə bağlıdır", - Pavlova qeyd edib.

Həkim xatırladıb ki, ÜST-ün tövsiyə etdiyi norma gündə beş qrama qədər duzdur. Məhsulların tərkibini oxuyun. Əgər duz inqrediyentlər siyahısında birinci yerdədirsə, deməli, orda duz normadan artıqdır. Fəst-fud, yarımfabrikatlar, kolbasa ilə xüsusilə diqqətli olmalısınız.

"Mən bu məhsullardan tamamilə imtina etməyi tövsiyə edərdim", - həkim əlacvə edib.

Tarix
2025.05.28 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla