Yuxarı

Vaxtından əvvəl ölüm riskini azaltmağın ən sadə yolu

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaxtından əvvəl ölüm riskini azaltmağın ən sadə yolu

Cəmiyyətdə fəal iştirak edən yaşlı insanların vaxtından əvvəl ölüm riski daha azdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Amerika alimləri bu qənaətə gəliblər.

Bildirilib ki, araşdırmada 60 yaşdan yuxarı 2 mindən çox insan iştirak edib. Tez-tez xeyriyyə işləri ilə məşğul olanlar, nəvələri ilə vaxt keçirənlər və idman və ya sosial klublara qatılanlar daha uzun yaşayıblar: növbəti dörd il ərzində onların ölmək riski sosial yönümlü həyat tərzi keçirənlərlə müqayisədə 42% aşağı olub.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, bunda mühüm rol bioloji qocalmanın ləngiməsi və yüksək fiziki aktivlikdir.

San-Fransisko Kaliforniya Universitetinin tədqiqat rəhbəri Əşrəf Abuqron deyib:

"İctimai cəhətdən aktiv olmaq sadəcə həyat tərzi deyil. Bu, sağlam qocalmanın vacib amilidir”.

Onun fikrincə, cəmiyyət həyatında iştirak yaşlı insanların həyat keyfiyyəti və uzunluğu ilə birbaşa bağlıdır.

Tarix
2025.05.30 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla