Yuxarı

Sürətli gəzinti xərçəngdən ölüm riskini azaldır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürətli gəzinti xərçəngdən ölüm riskini azaldır

Sürətli gəzintilər və fərdi şəkildə tərtib olunmuş fiziki aktivlik proqramı yoğun bağırsaq (kolon) xərçəngindən əziyyət çəkən insanların ölüm riskini 30 faizdən çox azalda bilər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu nəticə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında təqdim olunan beynəlxalq araşdırmada açıqlanıb. Altı ölkədə, o cümlədən Böyük Britaniyada 889 xərçəng xəstəsi arasında aparılan beşillik müşahidə göstərib ki, strukturlaşdırılmış idman proqramı xəstəliyin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır və sağ qalma göstəricilərini artırır.

Məlum olub ki, fərdi idman proqramı tətbiq olunan xəstələrin 80 faizi beş ildən sonra tam sağ qalıb, halbuki sadəcə sağlam həyat tərzi ilə bağlı məlumatlar təqdim olunan qrupda bu rəqəm 74 faiz olub.

Alimlər bu nəticələrin xərçəng müalicəsində fiziki aktivliyin standart tibbi yardıma inteqrasiyasına təkan verəcəyinə ümid edirlər. Onların fikrincə, bu yanaşma dünya üzrə yoğun bağırsaq xərçəngi ilə mübarizədə yeni səhifə aça bilər.

Tarix
2025.06.02 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla