Yuxarı

Oturaq işdə çalışanları gözləyən yeni təhlükə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oturaq işdə çalışanları gözləyən yeni təhlükə...

ABŞ mütəxəssislərinin oturaq iş ilə sidik sistemi xərçənginin inkişafı arasında əlaqə olduğunu bildiriblər. Onlar bu qənaətə 2000 nəfərin iştirak etdiyi eksperimentdən sonra gəliblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər iki minə yaxın könüllünün tibbi məlumatlarını təhlil edərək onları həyat tərzinin xüsusiyyətləri ilə müqayisə ediblər.

Onlar arasında böyrək xərçəngi, həmçinin sidik kisəsi xərçəngi diaqnozu qoyulmuş xəstələr olub. Sağlam könüllülər ayrı bir qrupa seçilib. Bütün iştirakçılar yenidən tibbi müayinələrdən və anketlərdən keçiblər.

Əldə edilən məlumatları tədqiq edən həkimlər böyrək və sidik kisəsində bədxassəli şişləri olan könüllülərin 70%-dən çoxunun oturaq işlə məşğul olduğunu və ümumiyyətlə gün ərzində az hərəkət etdiyini müəyyən ediblər.

Sağlam könüllülər qrupu gündəlik həyatlarında daha yüksək fiziki aktivliyə malik idi.

Alimlər qeyd ediblər ki, böyrək və sidik kisəsi xərçənginin inkişafında əsas təhrikedici faktorun insanın kifayət qədər fiziki fəaliyyət göstərməməsi olduğunu tam əminliklə söyləmək hələ mümkün deyil.

Bu korrelyasiya (əgər varsa) digər tədqiqatlarla təsdiqlənməlidir. Buna baxmayaraq, mütəxəssislər insanlara mümkün təhlükəyə məruz qalmamağı və daha çox hərəkət etməyi tövsiyə edir.

Tarix
2025.06.05 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla