Yuxarı

Xərçəngi 10 günə öldürən vitamin açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya alimləri xərçəng xəstələri üçün yeni terapiya hazırlayır. Tədqiqat zamanı qan dövranına yeridildikdən sonra E vitamini ekstraktının demək olar ki, antitümör təsiri olduğunu müşahidə etmək mümkün olub. Sözün əsl mənasında 24 saatdan sonra xərçəng şişi kiçilməyə başlayır və on gündən sonra demək olar ki, tamamilə yoxa çıxır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər yalnız dəri xərçəngindən əziyyət çəkən xəstələrdə bunu sınayıblar. Lakin Qlazqo və Stratklid Universitetlərindən bir qrup tədqiqatçı əmindir ki, E vitamini ekstraktı digər xərçəng şişlərinə qarşı təsirli olacaq.

Bu vitamin orqanizmimizin xəstəliklərlə mübarizə aparması üçün lazımdır.

Taxıl çörəyi, bitki yağları, yaşıl tərəvəzlər və yumurta kimi qida məhsulları E ilə zəngindir. Vitamin E tərkibində sərbəst radikalların - pasın dəmiri yeydiyi kimi xəstəliyə səbəb olan molekulların fəaliyyətini maneə törətməklə bədənimizi xəstəliklərdən qoruyan antioksidanlar var. Lakin bu yaxınlarda alimləri E vitamininin tərkibində olan xüsusi komponent cəlb etdi - E vitamininin ekstraktı olan tokotrienol. O, xurma və kokos yağında, arpa və buğda rüşeymində bol tapılır.

Hələ 1990-cı illərin ortalarında elm adamları tokotrienolun xərçəng hüceyrələrinin böyüməsini boğmaq qabiliyyətini aşkar edən testlər aparıblar. Yüksək toksikliyi bu agentin tibbdə geniş istifadəsinə mane olub. Lakin alimlər bu problemin öhdəsindən gələ biliblər. Onlar yağdan hazırlanmış minlərlə mikroskopik baloncukların içərisinə E vitamini ekstraktı qoyublar.

Klinik sınaqlar zamanı məlum olub ki, tokotrienol artıq sağlam toxumalara təsir etmir, birbaşa xərçəng hüceyrələrinə qarşı “müharibəyə” gedir.

Tarix
2025.06.08 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Kartavıx və Belousovun məhkəmələri keçiriləcək

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla