Yuxarı

Pendir yerinə qarpızla qoz yeyin - Faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pendir yerinə qarpızla qoz yeyin - Faydaları

İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.

Axar.az Medicina.az-a xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpızın çox hissəsi sudan ibarət olsa da, yüksək glisemik indeksə malik olduğu üçün qan şəkərini sürətlə artıra bilir. Bu, uzunmüddətli toxluq əvəzinə ani aclığa səbəb ola bilər.

Məhz bu səbəbdən qarpıza pendir yerinə əlavə edəcəyiniz qozun hansı təsirlər verdiyini görün.

Qarpız yüksək glisemik indeksə malik olduğundan, tək başına yeyildikdə qan şəkərini sürətlə artıra bilər. Bu, qısa müddətdə yenidən aclıq hissi yarada və balanssız qidalanmaya səbəb ola bilər.

Ancaq bu anda qoz qarpızın tamamlayıcısına çevrilir. Diyetoloqların fikrincə, qoz tərkibindəki sağlam yağlar, protein və lif sayəsində qarpızın glisemik təsirini tarazlaşdırır.

Qarpızla yeyildikdə:

Qan şəkəri daha yavaş yüksəlir,

Toxluq müddəti uzanır,

Enerji daha balanslı şəkildə ifraz olunur.

Mütəxəssislər xüsusilə yeməklər arasında 3-4 qozun qarpızla birlikdə yeyilməsinin şəkərə olan həvəsin qarşısını ala biləcəyini bildirirlər.

Tarix
2025.06.18 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

Milli Məclisdən CNN-ə: Sübut təqdim et!

Davkovadan Əliyevə: Qəti şəkildə inanıram...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla