Yuxarı

“Həkim dedi, işıq idarəsinə zəng elə, bizlik deyil”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Həkim dedi, işıq idarəsinə zəng elə, bizlik deyil”

Tibb bacısına dedim ki, bu uşaq qusur. Uşaqlar öləcək.

Axar.az xəbər verir ki, bu sözləri Salyan Rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin kəsilməsi ucbatından ölən iki körpənin nənəsi Şəlalə Abdullayeva deyib. O, hadisədə həkimləri günahlandırıb:

"Dedi ki, get, işıq idarəsinə zəng elə, bizlik deyil. Mən gecə vaxtı işıq idarəsinin nömrəsini haradan tapım axı. Bəs işıq yoxdursa, xəstəxanada generator niyə yoxdur?"

Məsələ ilə bağlı Region TV-yə danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, 31 həftəlik hamiləlikdən dünyaya gələn üçəmlərin çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00-da, digəri isə 01:10-da vəfat edib. Onun sözlərinə görə, rayonda işıqlar 01:30-da sönüb. Elektrik enerjisinin kəsilməsinin körpələrin ölümünə heç bir aidiyyəti olmadığını deyən Səfayə Əhmədova qeyd edib ki, xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var.

Hansı tərəfin haqlı olub-olmadığı rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Xatırladaq ki, dünən Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində Salyan şəhər sakini, 21 yaşlı Mirzabitə Abdullayeva üçəm körpə dünyaya gətirib. Yaxınlarının dediyinə görə, doğuşdan 30 dəqiqə sonra xəstəxananın işıqları sönüb və üçəm uşaqlardan ikisi oksigen çatışmazlığından küveyzdə boğularaq ölüb.

Tarix
2016.06.22 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla